Şoyqudan Hakan Fidana: "Buna haziram"

  • 00:21 - 11 İyun

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidanla işçi görüş keçirib.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Şoyqu türkiyəli həmkarına cari ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edib.

“Təhlükəsizlik şuraları xətti ilə Rusiya-Türkiyə əlaqələrinin artırılmasına hazıram. Fürsətdən istifadə edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri Kalın, müdafiə naziri Gülər, eləcə də uyğun vaxtda Rusiyada gözlədiyim Türkiyə Cümhuriyyətinin Milli Təhlükəsizlik Şurasının Baş katibi Hacımüftüoğluna salamlarımı çatdırmağı xahiş edirəm. Üçüncü rübdə Moskva və ya Ankarada təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edirəm”, – deyə Şoyqu bildirib


Oxunma sayı: 2223

Oxşar yazılar