Azərbaycanın bu kəndində 2,5 milyona ev satilir

  • 17:58 - 10 İyun

Bakıda fantastik qiymətə satılan villalar artıq hər kəsə məlumdur. Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. 

Xüsusən də topraq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir. 

Lakin bölgələrdə də vəziyyət Bakıdan çox fərqlənmir. 

Avropa info xəbər verir ki, Şamaxıda nə az, nə çox, 2 milyon 500 min manata villa satışa çıxarılıb.

Villa Şamaxının təbiət mənzərəsinə və havasına görə seçilən, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Nağaraxana kəndində yerləşir. 

Villa 42 sot torpaq sahəsində tikilib və evin 650 kvadrat metr sahəsi var. Lüks tikili 4 mərtəbə və 12 otaqdan ibarətdir.

Satıcının sözlərinə görə, villa xüsusi sifarişlə, xarici mütəxəssislər tərəfindən taxtadan inşa edilib. 

Mülk sahibi 2 milyon 500 manatlıq evi barter edə biləcəyini də qeyd edib. Belə ki, məbləğin 30% -ni ödəyib Bakıdan mənzil və ya obyektlə də villain barter etmək mümkündür. 


Oxunma sayı: 2168

Oxşar yazılar