Səudiyyə Ərəbistanı Ukrayna üzrə sülh konfransında iştirakdan imtina etdi- SƏBƏB

  • 23:17 - 03 İyun

Səudiyyə Ərəbistanı iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh konfransına öz nümayəndələrini göndərməmək qərarına gəlib.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “dpa” xəbər agentliyinə məlumat daxil olub.

Onların sözlərinə görə, Rusiya sammitdə iştirak etməyəcəyi üçün Ər-Riyad bu qərarı verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı Çinlə Ukraynadakı müharibə ilə bağlı danışıqlar aparıb. Hər iki ölkənin nümayəndələri belə qənaətə gəliblər ki, məsələnin həlli bütün tərəflərin iştirakı və müxtəlif təkliflərin ortaya qoyulması ilə müzakirə edilməlidir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski iyunun 1-də Səudiyyə Ərəbistanına rəsmi səfər etməyi planlaşdırmışdı.

O, vəliəhd şahzadə və ölkənin faktiki hökmdarı Məhəmməd bin Salmanla görüşmək niyyətində idi. Lakin Ər-Riyadın mövqeyinə görə Zelenski Səudiyyə Ərəbistanına səfərini İsveçrədəki konfransdan sonraya təxirə salıb.


Oxunma sayı: 3763

Oxşar yazılar