Azərbaycan: Tolerantlığın ünvanı - Müasir dövrümüzdə çox pozitiv və nümunəvi yaşam TƏCRÜBƏSİ

  • 14:06 - 03 İyun

Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudiər və digər dinlərin nümayəndələri təşkil edir. Bu gün Azərbaycan dünyanın ən sabit, tolerantlıq və multikulturalizm ənənərini yaşadan, qoruyan ölkələrindəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi bir vətən üçün çalışıb yaşayıblar, milli-dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib. Bu keyfiyyətlər xalqımızın ta qədimdən özünəməxsus dövlətçilik ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır, müasir dövrümüzdə çox pozitiv və nümunəvi bir yaşam təcrübəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında çox haqlı olaraq qeyd etmişdir ki, məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə dövlət-din münasibətləri sağlam zəmində qurulmuşdur: “Heydər Əliyev həmişə qeyd edirdi ki, biz öz milli dini adət-ənənələrimizə sadiq olaraq müasir dövlət qurmalıyıq, güclü dövlət qurmalıyıq. Bu onun strateji baxışları idi və dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətmizdir. Bu gündə bu siyasət davam etdirilir. Azərbaycan həmişə çoxmillətli, çox konfensiyalı diyar olubdur və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur. Bu gündə belədir. Bizim gücümüzdə birliyimizdədir və müxtəlifliyimizdədir. Çox konfensiyalı, bir çox etnik qrupların yaşadığı unikal məkandır Azərbaycan. Bu böyük sərvətimizdir”.


Tanınmış ilahiyyatçı Ağa Hacıbəyliyə görə, İslam dini sülh dinidir, səmavi mədəniyyəti təmsil edir. Tariximizdən günümzə qədər daim sevgini, ədaləti, insanlıq həyatında gözəllikləri tərənnüm edir. Allahın göndərdiyi yolda sərtlik, elə bir şey yoxdur. Bu din haqqın yoludur, ədalətin yoludur, sevginin yoludur. Yer üzündə cəhalətə qarşı, xurafata qarşı ən ideal mübarizəni təbii ki, İslam dini aparmışdır. Başda sevgili və sevimli peyğmbərimiz Həzrəti Muhəmməd Mustafa olmaq şərtilə. Məlumdur ki, Qurani-Kərim kimi 6232 ayəsi olan bir kitabın ilk mesajı “Oxu” Uca Rəbbimizin adı ilə başlamışdır. İslam dini elmə, irfana, mədəniyyətə açıq bir dindir. Çağlara, zamanalara bütün qucağını açmış bir vəhy Kitabınının təmsil etdiyi bir dindir. Bu dinin içərisində cəhalətə, xurafata yer yoxdur.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullah hesab edir ki, insan maariflənməlidir, insan biliyə yiyələnməlidir, insan savad əhli olmalıdır. Bu gün dünyada nicat yolu elmlədir. Əgər biz elmə yiyələnəriksə, yaxşı biliyə, savada sahib olarıqsa, həm özümüzü xilas etmiş olarıq, həm də cəmiyyətimizi.
Ailələrdə valideynlərin boynuna böyük yük düşür. Valideynlər övladlarına dini sahədə həssaslığı başa salmalıdırlar. Çünki bizim qəlbimizə fitrətən dini inanclarımız var, qanımızla, canımızla hopub bizə. Allah bunu yaranışdan bizə verib. Onu biz düzgün formalaşdırmalıyıq. Əgər düzgün formalaşdırmasaq, biz gələcəkdə övladlarımızı itirəcəyik. Bunun üçündə onları savadlandırmalıyıq. Biz istər valideyn sevgisi, vətən sevgisi, torpaq sevgisi olsun bunları körpəlikdən, kiçik yaşlarından övladlarımıza öyrətməliyik.

Milli Məcisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu mövzuda maraqlı bir məsələni diqqətə çatdırıb: “1995-ci ildə bizim Konstitusiya qəbul edilərkən ulu öndər Heydər Əliyevə təklif olunmuşdu ki, orada İslam dininin üstünlüyü vurğulansın və bunun əsası var. Məsələn, Gürcüstanda gürcü pravoslav kilsəsininin orada xüsusi statusu var, Ermənistanda bu var, İranda bu var, ayrı-ayrı ölkələrdə bu var. Amma Azərbaycan bunu etmədi, Azərbaycan burada belə bir yanaşmanı sərgilədi ki, bütün dinlərin Azərbaycanda yaşamasına, fəaliyyət göstərməsinə şərait yaradılacaq.
Bu gün Azərbaycanda Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi fəaliyyət göstərir. Və bu multikultiralizm ənənələrinin qorunması üçün həm ölkə rəhbərliyi tərəfindən, cənab prezidentin bilavasitə rəhbərliyi ilə bu məsələlərə çox həssas bir yanaşma var. Eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə də biz bunu deyə bilərik ki, onların “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində təkcə məscidlər yox, kilsələr, katolik kilsəsi, rus provaslav kilsəsi və digər kilsələr dövlətin diqqəti və qayğısı ilə tam əhatə olunub”.

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsi çərçivəsində çap olunur.

Avropa.info


Oxunma sayı: 2773

Oxşar yazılar