"07" Kürə aşdı, 3 nəfər öldü

  • 11:33 - 03 İyun

Tovuzda bədbəxt hadisə baş verib.

Avropa.info-nun məlumatına görə hadisə Hunalılar kəndində qeydə alınıb.

Belə ki hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.


Oxunma sayı: 2663

Oxşar yazılar