Azərbaycanda toyda qan töküldü: Saxlanılan var

  • 09:49 - 03 İyun

Şəmkir rayonunda toyda bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub.

Mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.//"Report"


Oxunma sayı: 2806

Oxşar yazılar