Məqsədləri Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir - AÇIQLAMA

  • 17:59 - 02 İyun

"Məlum olduğu kimi may ayının 31-də Türkiyənin İstanbul şəhərində "SOCAR Türkiyə"nin qarşısında bir qrup şəxs etiraz aksiyası keçirməyə və binaya daxil olmağa çalışıb. Aksiya iştirakçıları qırmızı boyalarla müəyyən şüarlar da yazıblar. Təbii ki, bu, narahatçılıq doğuran faktdır. Çünki Azərbaycan və Türkiyə münasibətləri dünyada iki ölkənin münasibət baxımından gəlib çatdığı ən yüksək nöqtədədir. Bu münasibət hər keçən gün daha da inkişaf edir". 

Avropa.info xəbər verir ki, bunu deputat Şahin İsmayılov deyib.

Deputat bildirib ki, aksiyaya gəlincə isə iştirakçılar Azərbaycan dövlətinin İsrailə neft çatdırdığını və bunun qarşısının alınmalı olduğunu qeyd deyirlər: "Lakin məlum yanaşma var ki, dünyada neft satışı əsasən treyder şirkətlər üzərindən həyata keçirilir və treyder şirkətlərin Azərbaycan neftini alıb ondan sonra hər hansı təşkilata və ya ölkəyə satmasına müdaxilə etmək mümkün deyil. Yəni Azərbaycan birbaşa İsrailə neft satmır.

İlkin araşdırmalar onu göstərir ki, aksiyanın iştirakçıları əsasən İran tərəfindən dəstəklənən qruplaşmalardır. Onların məqsədləri Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək, o cümlədən bu münasibətdə xüsusi yeri olan SOCAR şirkətini gözdən salmaqdır. Bildiyimiz kimi, SOCAR Türkiyədə ciddi şəkildə yatırımlar edir və Türkiyədəki fəaliyyəti kifayət qədər uğurludur.

Bu aksiyanın iştirakçıları və onları dəstəkləyənlər heç vaxt məqsədlərinə çatmayacaq. Onlar nə "SOCAR"ı gözdən salmağı bacaracaqlar, nə də ki, Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı bir zərər vurmağı. Çünki bu münasibətlər tarixə söykənən münasibətlərdir. Biz iki ölkə arasındakı münasibətlərə hər zaman "Bir Millət, İki Dövlət" şüarı ilə yanaşmışıq və bundan sonra da bu şəkildə davam edəcəkdir".


Avropa.info


Oxunma sayı: 3884

Oxşar yazılar