BDU-da SABAH qrupları niyə ləğv edildi? - Nazirdən AÇIQLAMA

  • 12:17 - 01 İyun

Sabah qrupunun fəlsəfəsi bundan ibarətdir ki, tələbələri bir universitetdə toplayaq.

Avropa.info xəbər verir ki, bu barədə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası çərçivəsində jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Düşünürəm ki, bu xəbər lazım olandan artıq ajiotajla qarşılandı. Bu xəbərin Hüquqşünaslıq fakültəsini bağlamaqla əlaqəsi yoxdur. Qarabağ universitetində hüquqşünaslıq fakültəsinin sabah qruplarını təşkil etdik ki, daha çox insan üçün əlçatan olsun", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur. Yeni təhsil ilindən SABAH qruplarına qəbul Qarabağ Universitetində aparılacaq.

Əlavə ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar açıqlanıb.

Həmin ixtisaslar aşağıdakılardır:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

İbtidai sinif müəllimliyi
Hüquqşünaslıq
Maliyyə
Riyaziyyat müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili)
Beynəlxalq münasibətlər
Mühasibat


Oxunma sayı: 4236

Oxşar yazılar