Roma Papasından qadınları qəzəbləndirəcək sözlər - SENSASİON İDDİA

  • 12:09 - 01 İyun

Papa Fransisk Vatikanda keşişlərlə görüşündə, "Qeybət qadın işidir", dediyi iddia edilib. 

Avropa.info bildirir ki, Vatikan mərkəzli xəbərlər hazırlayan "Il Silere Non Possum"un verdiyi məlumata görə, çərşənbə günü qatıldığı toplantıda keşişlərə tövsiyələr verən Papa, "Qeybət qadınlara xas bir şeydir. Biz (kişilər) şalvar geyinirik" deyib. O, keşişlərdən insanların üzünə açıq danışmağı xahiş edib. 

Vatikan məsələ ilə bağlı açıqlama tələblərinə cavab verməsə də, "Il Silere Non Possum"un direktoru Marko Perfetti əllərində insidentin səs yazısı olduğunu deyib. 

Katolik Kilsəsinin ruhani lideri Papa Fransisk bu yaxınlarda keşişlik təhsili alan homoseksuallara qarşı çıxıb və italyanca "frociaggine" jarqon sözündən istifadə edib. Türkcəyə "i*nelik" kimi çevrilə bilən bu sözlərdən sonra Papa homoseksuallardan üzr istəyib. Papa həmin gün dəqiq demişdi ki, “Artıq bəzi ilahiyyat fakültələrində həddən artıq çox iş var”. 

Vatikanda qadınlara mühüm vəzifələr verən Papa Fransisk də keçən il ilk dəfə qadınlara səsvermə hüququ verib. Digər tərəfdən, qadınların keşiş köməkçisi olması təklifini rədd edib.


Oxunma sayı: 3268

Oxşar yazılar