“Türk dünyası - köklər, budaqlar və aydın sabahlar” adlı Beynəlxalq Konfrans keçirildi - FOTO

  • 11:26 - 01 İyun

May ayının 30-da “Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə “Türk dünyası-köklər, budaqlar və aydın sabahlar” adlı Beynəlxalq Konfransını gerçəkləşdirib.

Bu barədə Avropa.info-ya “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Bayındır məlumat verib.

Konfransı giriş sözü ilə açan universitetin Türkologiya kafedrasının əməkdaşı Şəkər Məmmədova qonaqları salamlayaraq bildirib ki, “Ziyalı Ocağı” İctimai Birliyi ilə birgə həyata keçirdiyimiz bu beynəlxalq konfransın məqsədi xalqlarımız və dövlətlərimiz arasında milli-mədəni əlaqələrin daha da genişləndirilməsinə xidmət etməkdir. 

Konfransda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova vurğulayıb ki, “Türk Dünyasının müxtəlif coğrafi məkanlarında yaşayan-yaradan elm və mədəniyyət aləminin tanınmış nümayəndələrinin iştirakı ilə baş tutan bu konfransın əsas mövzusu soy-kökünə bağlılıq, xalqlarımız, ellərimiz  arasında qardaşlıq, yaxınlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, habelə, parlaq gələcəyə inam və etimad prinsipləri üzərində qurulub”.

Konfransda iştirak edən “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva (Bayındır) qeyd edib ki, “Rellaşmaqda olan konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin –“Azərbaycanın ailəsi Türk dünyasıdır” – tezisinə əsaslanır. 

Son illər Türk dilli ölkələrin rəhbərlərinin apardığı ardıcıl və müvəffəqiyyətli birgə siyasət, həmçinin, davamlı olaraq keçirilən Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurltayları, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları, xalqlarımız, dövlətlərimiz arasında əlaqələri daha da möhkəmləndirir”.

Özbəkistanın Xoreoqrafiya Akademiyasının professoru Govhar Matyaqubova -“konfransda iştirak etdiyim üçün özümü xoşbəxt sanıram- deyə sözünə başlayıb. Bu gün burada sizinlə bərabər olmaqdan qürur duyur və bildirirəm ki, son illər ərzində xalqlarımız və dövlətlərimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişafı bizi bir-birimizə daha da yaxınlaşdırır”. 

İsveçdə məskunlaşan, əslən Şərqi Türküstanlı Abduşükür Qumtur öz çıxışı zamanı bildirib ki, “bu qəbildən olan görüşlərin keçirilməsi labüddür. Ümumtürkçülük naminə atılan hər addım alqışlanmalı və dəstəklənməlidir”.

Sözünə birlik, bərabərlik mesajı ilə başlayan türkiyəli yazar Yaşar Aydınlık dünyaya hökm edən türkün gücündən,qüdrətindən bəhs etdi. Şeirinə bəstələnən Xarı bülbül sevgisindən, sevdasından danışdı. Birlik, bərabərlik mesajı verib. 

Özbəkistanlı alim, Özbəkistan Tele radio Şirkətinin baş redaktoru, Hulkar Hamroyeva türkdilli ölkələr arasında milli-mədəni əlaqələrdən danışıb. Professor Hulkar Hamroyeva bildirdi ki, bu qəbildən olan görüşlərin bu və ya digər ölkələrdə təkrarlanması təqdirəlayiqdir”. 

Sırdərya rəqs məktəbinin rəhbəri Barno Xoliqova konfransda iştirak etdiyindən məmnunluq hissi duyduğunu bildirdi. Türkdilli ölkələr arasında mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyindən danışıb. 

Özbəkistanlı jurnalist Zamira Beşimova, "Mən Bakıya vuruldum", deyib: “Bakını və onun mehriban, gülərüz xalqını çox sevdim. Ümidvaram ki, yenə bura gələcək və sizlərlə birgə olacağam”.

ADPU-nun tələbəsi Fəridə Süleymanova çıxışını Azərbaycanlı və Özbəkistanlı gənclərlə qarşılıqlı tələbə əlaqələri üzərində qurub. O söyləyib ki, “bu qəbildən olan konfranslar tələbələrin ümum türkçülük təfəkkürünün daha da mükəmməlləşməsinə təkan verir”.

Bədii hissə ilə öz işini davam etdirən konfransda professor Govhar Matyaqubovanın quruluşunda Risolat Sapayeva Özbəkistanın “Ləzgi” rəqsini nümayiş etdirib. İştirakçılar tərəfindən sürəkli alqışlarla qarşılanan bu rəqsdən sonra konfrans gənc tələbə Sarvinozxon Olimovanın çıxışı ilə davam edib.

 

 

 

 

 

Avropa.info


Oxunma sayı: 2949

Oxşar yazılar