Bu gün uşaqların BAYRAMIDIR

  • 10:40 - 01 İyun

Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Avropa.info-nun məlumatına görə, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Azərbaycanda uşaqları Qarabağ müharibəsindən ciddi zərər çəkiblər.

Birinci Qarabağ müharibəsi (1988–1994) zamanı ermənilərin girov götürdüyü 224 azərbaycanlı uşaq azad edilib.

71 uşağın itkin düşdüyü rəsmən Dövlət Komissiyasında qeydə alınıb.

Onlardan 29 uşağın girovluqda saxlandığı barədə məlumat daxil olub. Girovluqda olduğu güman edilən həmin 29 uşağın aqibəti məlum deyil.


Oxunma sayı: 3730

Oxşar yazılar