Vaşinqton SEPAH-ın dünyada terror təşkilatı kimi tanınmasını DƏSTƏKLƏDİ

  • 11:31 - 01 İyun

Dünən ABŞ hökumətinin iki rəsmisi ayrı-ayrı bəyanatlarda SEPAH-ı dünya üçün təhlükə adlandırıb və dünyada terror təşkilatı kimi tanınmasına dəstək verib.

Avropa.info “Azadİran”a istinadən xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli bununla bağlı “X” hesabında yazıb:

“Biz SEPAH-ı dünya səviyyəsində terror təşkilatı adlandırmaq səylərinə dəstək veririk. Amerika SEPAH-ı terror təşkilatı kimi tanıyır və onu dünya üçün təhlükə hesab edir”.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel isə keçirdiyi mətbuat konfransında SEPAH-ın İranda müxalifləri öldürməsinə toxunaraq deyib:

“İcazə verin, açıq deyim ki, SEPAH dünya üçün təhlükədir. Biz SEPAH-ın terror təşkilatı adlanmasını tam dəstəkləyirik”.


Oxunma sayı: 2905

Oxşar yazılar