Azərbaycanda qardaş bacısını atasının yasında güllələdi - YENİLƏNİB - VİDEO

  • 12:35 - 29 May

Zaqatalanın Yuxarı Tala kəndində qətl hadisəsi törədilib.

Avropa.info  Xəzər TV-yə istinadən bildirir ki, atasının il mərasimində qızı Nətəvan Əhmədova güllələnib.

Şübhəli kimi onun qardaşı Nurlan Əsgərov saxlandılıb.

Məlumata görə, 35 yaşlı qardaşın 44 yaşlı bacısını ov tüfəngi ilə qətlə yetirdiyi bildirilir.

Rayon prokurorluğunun məlumatına görə, Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin digər təfərrüatları da bəlli olub.

Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, Nurlan Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Onun üzərində indi də məhkumluğu olduğundan elektron qolbaq daşıyırmış.

Nurlan Əsgərovun yaxınları deyiblər ki, son vaxtlar o əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.

Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:

---------------

28.05.2024

Mayın 27-də Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindəki evdə 44 yaşlı Natavan Əhmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Avropa.info publika.az-a istinadən xəbər verir ki, N.Əhmədovanın müəllim kimi işlədiyi bildirilsə də, onun Zaqatala rayon Çüdülbinə kənd kitabxanasının kitabxanaçısı vəzifəsində çalışması dəqiqləşib.

Qeyd edək ki, hadisənin qısqanclıq zəminində törədilməsi iddia edilib. Bildirilib ki, atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada 35 yaşlı Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.

Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır. N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

-------

09:51

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Avropa.info APA-ya istinadən bildirir ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib. Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimda hələki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadəsə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılakən yolda dünyasını dəyişib.

---------
07:42

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Avropa.info xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

Bilirilib ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

--------

23:50

27.05.2024

Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü N.Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü N.Əsgərov saxlanılıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 3939

Oxşar yazılar