Netanyahu İsrailin Rəfaha zərbə endirməsini səhv adlandırdı

  • 10:19 - 28 May

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi və dinc sakinlərin ölümü ilə nəticələnən zərbə faciəli səhvdir.

Avropa.info bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu parlamentdə çıxışı zamanı deyib.

"Günahsız mülki insanlara zərər verməmək üçün bütün səylərimizə baxmayaraq, dünən gecə faciəli bir səhv baş verdi" dedi İsrailin baş naziri.

Qeyd olunur ki, Benyamin Netanyahu bu "səhv"in səbəbini açıqlamayıb. O, həmçinin vurğulayıb ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Oxunma sayı: 2432

Oxşar yazılar