Azərbaycanda yaşayış binasında partlayış oldu

  • 16:38 - 27 May

Xudat şəhərində yaşayış binasında partlayış baş verib.

Avropa.info xəbər verir ki, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.


Oxunma sayı: 3565

Oxşar yazılar