Rusiyadan Qərbi narahat edəcək RAZILAŞMA: Moskva bu ölkədə möhkəmlənir

  • 11:30 - 27 May

Sudan Rusiya və İranla əlaqələri gücləndirir.

Avropa.info Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Agentlik yazır ki, Sudan ordusu Qırmızı dəniz sahillərində hərbi yanacaqdoldurma bazası qurmaq icazəsi müqabilində Rusiyadan silah almaq niyyətində olduğunu bildirib.

Nəşrin analitiklərinin fikrincə, bu, ABŞ-a zərbədir, çünki rəqibləri vətəndaş müharibəsi nəticəsində parçalanmış Afrika ölkəsində öz təsirlərini gücləndirirlər.

“Moskva çoxdan Sudan sahillərində möhkəmlənmək arzusunda idi və yekun razılaşma Qərbin narahatlığını artıracaq. İran isə bu il Sudanı hərbi pilotsuz təyyarələrlə təmin edib. Eyni zamanda, Rusiya Əlcəzair, Liviyada dəniz bazası inşası səylərini davam etdirir. Suriyadan sonra Rusiya Şərqi Aralıqda NATO-nun Cənub sərhədlərində mövqelərini gücləndirir”, – deyə məlumatda qeyd olunub.


Oxunma sayı: 2729

Oxşar yazılar