Netanyahu HAMAS-ın atəşkəs təklifini RƏDD ETDİ

  • 15:30 - 27 May

İsrailin baş naziri Benyamin Netanyahu qoşunları çıxarmaqdan və blokadada olan Qəzza zolağına hücumları dayandırmaqdan imtina edib. 

Avropa.info xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb. Netanyahu Qəzza zolağında israilli məhbusların azad edilməsi ilə bağlı danışıqlar aparan nümayəndə heyətinə dəfələrlə geniş səlahiyyətlər verib. 

Açıqlamada HƏMAS lideri Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağından çəkilməsinə çağırış etdiyi, lakin Netanyahunun bu təklifi rədd etdiyi bildirilib. 

İsrailin KAN dövlət televiziyasının məlumatına görə, İsrail hökumətinin başçısı hərbi kabinetin iclası başlamazdan əvvəl Qəzzada müharibənin dayandırılması məsələsi ilə bağlı fikir ayrılığını bildirib. 

Mayın 25-də İsrail HƏMAS ilə məhbus mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftə davam etdiriləcəyini açıqlasa da, HƏMAS bu barədə məlumat almadığını bildirib.


Oxunma sayı: 3323

Oxşar yazılar