Ermənistanda kütləvi itaətsizlik dalğası: İrəvanda bütün yollar bağlanır - CANLI

  • 09:51 - 27 May

Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.

Avropa.info bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

---------
08:52

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Avropa.info  xəbər verir ki, bu barədə Ermənistan müxalifətinin "Srbazan Paykar" teleqram kanalı məlumat yayıb.

Kanalın yaydığı videomateriallardan fəalların Əştərək şəhərində İrana gedən dövlətlərarası avtomobil yolunu bağladıqları məlum olub. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın "Vətən uğrunda Tavuş" hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.


Oxunma sayı: 2850

Oxşar yazılar