“Evini satmaq istədi, lakin Qazaxıstan nömrəsindən gələn zəng..." - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

  • 22:39 - 25 May

Daha bir kiber oğurluq halı diqqət çəkib.

Avropa.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat paylaşıb. 

"Daha bir kiber oğurluq halı diqqət çəkir. Bir fakt üzrə zərər 21000 manat təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət "razılaşır" və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar. Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar".


Oxunma sayı: 3851

Oxşar yazılar