Rusiyanın Ermənistandakı səfiri Moskvaya ÇAĞIRILDI

  • 16:09 - 24 May

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın mayın 24-də Rusiya diplomatik nazirliyin saytında dərc edilmiş şərhində deyilir. 

“Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb”, - məlumatda deyilir. 

Rusiya XİN bu qərarın səbəblərini izah etmir.


Oxunma sayı: 3532

Oxşar yazılar