SON DƏQİQƏ İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

  • 09:50 - 24 May

Mayın 24-dən etibarən İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.

Avropa.info  xəbər verir ki, bu barədə məlumat Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında yer alıb.

Məlumatda o da bildirilib ki, eyni məntiqlə bu il mayın 24-dən Azərbaycan Respublikası tərəfindən əks  sərhəd hissələrinin mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək.

Qeyd olunub ki, təhlükəsizlik və əməliyyat məqsədi ilə qeydiyyatı olmayan vətəndaşların Kirants kəndinə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.


Oxunma sayı: 3279

Oxşar yazılar