2024-cü ilin büdcəsinə yenidən baxılacaq - Nazir TƏSDİQLƏDİ

  • 20:31 - 23 May

“Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət büdcəsi xərclərinin hal-hazıra proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi bu 34 faizə çatıdırılacaq”,- deyə nazir bildirib.

Qeyd edək ki, büdcə layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Oxunma sayı: 8097

Oxşar yazılar