Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılma xərcləri açıqlandı

  • 13:34 - 23 May

2023-cü ildə Xarici ölkələrdə fəaliyyət göstərən 79 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 180,1 milyon manat xərclənib.

Avropa.info xəbər verir ki, bu, 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda əksini tapıb.

Qeyd edilib ki, beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirak, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı

digər xərclər), xarici yardımlar, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş 784,0 milyon manat vəsaitin 783,9 milyon manatı istifadə olunub. Belə ki:

- Xarici ölkələrdə fəaliyyət göstərən 79 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 180,1 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması (Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı, Rusiya Federasiyasındakı, Türkiyə Respublikasındakı, Birləşmiş Ərəb Əmirliklərindəki və Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələrinin aparatları) üçün 3,6 milyon manat məbləğində vəsait yönəldilib.

- Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə (BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalar, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatları və digər beynəlxalq təşkilatlar) 16,6 milyon manat, beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı öhdəliklər üçün (Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Türk İnvestisiya Fondu, Beynəlxalq İnkişaf Assosiasiyası) 8,6 milyon manat istifadə edilib.


Oxunma sayı: 2311

Oxşar yazılar