Putindən Volodinə: İran rəhbərliyinə de ki...

  • 09:48 - 22 May

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodindən İran rəhbərliyinə ölkələr arasında əməkdaşlığın da eyni şəkildə inkişaf edəcəyini gözlədiyini çatdırmağı xahiş edib.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Putin Volodinlə görüşdə bildirib.

"Biz də öz növbəmizdə Rusiya-İran münasibətlərinin bu axarda davam etməsi üçün hər şeyi edəcəyik, xahiş edirəm bu sözləri İran rəhbərliyinə çatdırın", - Putin deyib.

Volodin də öz növbəsində vurğulayıb ki, Rəisinin vida mərasimində iştirak etmək üçün sabah səhər tezdən Tehrana uçacaq.

Onun sözlərinə görə, İran prezidenti iki ölkə arasında əlaqələrin inkişafı üçün çox işlər görüb.

Dövlət Dumasının spikeri əlavə edib ki, Putinin göstərişlərini yerinə yetirəcək və başsağlığı verəcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub


Oxunma sayı: 2784

Oxşar yazılar