İspaniya bu ölkədəki səfirini geri çağırdı - Korrupsiya QALMAQLI

  • 17:24 - 21 May

İspaniya Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib. 

Avropa.info bildirir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib. 

Bu addım Argentina prezidenti Xavyer Maylinin İspaniyanın baş naziri və onun həyat yoldaşını korrupsiyada ittiham etməsindən sonra atılıb. İspaniyanın xarici işlər naziri ondan üzr istəməsini tələb etsə də, Argentina lideri bundan imtina edib. 

“Səfir daimi olaraq Madriddə yerləşəcək. Argentina səfirsiz qalacaq”, - İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. 

Bundan əvvəl diplomatik missiya rəhbərinin məsləhətləşmələr üçün geri çağırılması barədə deyilib.


Oxunma sayı: 2553

Oxşar yazılar