İran prezidentinin düşdüyü qəza ilə bağlı İLGİNC şərh

  • 19:35 - 21 May

“Özləri Türkiyədən xahiş etdilər ki, pilotsuz uçuş aparatı İran ərazisində helikopterin axtarışına qatılsın, Ankara kömək əlini uzatdı, həlak olanların yeri müəyyənləşdi, havadan çəkilən görüntülər dünyada yayımlandı, təşəkkür əvəzinə dedilər ki, “Türkiyənin rolu olmadı, biz tapdıq””.

Avropa.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, İran mərkəzləri göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdar olmaq əvəzinə ona qarşı əks-təbliğat aparırsa, bu o deməkdir ki, “ənənəvi” siyasətinə sadiq qalmaqda davam edir:

“Bu o Türkiyədir ki, İran rəsmilərinin həlakıyla bağlı bir günlük matəm elan edib. İranda qərar verən mərkəzlər Türkiyəyə minnətdar olmaq əvəzinə dezinformasiya yayırlarsa, bununla “ənənəvi” siyasətlərinin dəyişmədiklərinə işarə edirlər”.

Xatırladaq ki, türk və dünya mediasında İran prezidentinin qəzaya uğramış helikopterinin yerini Türkiyənin “Akıncı” PUA-sının tapması haqqında materiallar olsa da, SEPAH bunu təkzib edir. Hazırda İranın bütün media quruluşları da bu istiqamətdə əks-təbliğat aparırlar. İran rəsmiləri də israrla qeyd edirlər ki, Türkiyəyə məxsus “Akıncı” PUA-sı qəza yerini tapa bilməyib. Lakin bu iddialarını əsaslandıranda fərqli arqumentlər gətirirlər.


Oxunma sayı: 3642

Oxşar yazılar