Sökülən Cavanşir körpüsünün son görüntüləri - VİDEO

  • 11:06 - 21 May

Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülüb.

Avropa.info xəbər verir ki, prosesə  dünən saat 17.00-dan başlanılıb. Ərazidə aidiyyyəti qurumlar birgə işlərə başlayıblar.

Müvəqqəti hərəkət sxeminə əsasən, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən, Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edənlər Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirəcəklər. Bu məqsədlə F.Bayramov küçəsindən S.Orucov küçəsinə birtərəfli hərəkət təşkil ediləcək. Bu küçələrin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq.  S.Orucov və Nizami küçələrində isə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami küçəsi vasitəsilə mərkəzə gələnlər Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.

Qeyd edək ki, 28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Sürücülərin Yusif Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur.

AYNA-dan verilən məlumata görə, bir sıra avtobusların da marşrut xəttlərində dəyişikliklər olacaq.

Qeyd edilib ki, körpünün sökülməsi ilə əlaqədar nəqliyyat vasitələrinin alternativ küçələrlə mərkəz istiqamətində rahat və maneəsiz hərəkətini təmin etmək üçün 28 May, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Oxunma sayı: 1805

Oxşar yazılar