Rusiya ilə bağlı SENSASİON HESABAT: Bu sahədə içşi çatışmır

  • 23:16 - 20 May

Rusiyada işçi qüvvəsi çatışmazlığı yaşanır və bu, bəzi sektorlarda ciddi problemə çevrilir. 

Avropa.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı gündəlik icmalında deyilir. 

Britaniyalı müşahidəçilər Rusiyanın “İzvestiya” nəşrinin hesablamalarına istinadən bildirirlər ki, 2023-cü ildə Rusiyada 4,8 milyon işçi çatışmazlığı olacaq. Xüsusilə, Rusiyanın nəqliyyat və logistika sənayesi son bir ildə yük maşını sürücüsü vakant yerlərinin 25%-ni doldura bilməyib. 

İşçi qüvvəsi çatışmazlığı ən azı qismən Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədardır, bu, işləyən əhalinin bir hissəsinin səfərbər olmasına və bəzi ixtisaslı mütəxəssislərin mühacirətinə səbəb olub. 

22 mart 2024-cü ildə Moskva yaxınlığında İŞİD-K terror aktından sonra miqrantların məşğulluğuna qoyulan məhdudiyyətlər səbəbindən işçi çatışmazlığı son vaxtlar daha da pisləşib. 

İşçi qüvvəsi çatışmazlığı səbəbindən bir qrup rusiyalı parlamentari Rusiya əmək məcəlləsinə dəyişiklik edilməsi imkanını nəzərdən keçirir. 

Əgər onlar qəbul edilərsə, bu o demək olacaq ki, dövlət işçi qüvvəsi artıq olan yerlərdən işçi qüvvəsi çatışmazlığı olan yerlərə işçiləri köçürə biləcək. 

Köçürmə müvəqqəti olacaq və işçilər yalnız onların razılığı ilə köçürüləcəklər. Bununla belə, bu, məcburi olmasa da, işçi qüvvəsinin səfərbər edilməsi istiqamətində potensial bir addımdır, icmalda deyilir. 

Bundan əvvəl Britaniya kəşfiyyatı bildirib ki, səfərbərlik və orduya çağırış səbəbindən Rusiyanın qeyri-müdafiə sənayesində işçi çatışmazlığı artıb və bu, xüsusilə İT sektorunda nəzərə çarpır. 

Ötən ilin sentyabrında Vladimir Putinin qismən səfərbərlik haqqında fərman imzalamasının ildönümündə Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya ordusunun üzləşdiyi problemləri müəyyən edib.


Oxunma sayı: 2146

Oxşar yazılar