Rəisinin ölümündə sui-qəsd İDDİASI: Helikopterin düşdüyü ərazidə şübhəli şəxs göründü - FOTO\VİDEO

  • 10:33 - 20 May

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın həyatını itirdiyi helikopterin ətrafında lentə alınan görüntü sui-qəsd iddialarını gücləndirib. 

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən helikopter qəzasında öldüyü təsbit edilən İran prezidenti İbrahim Rəisi ilə bağlı gündəm yaradacaq iddia irəli sürülüb. 

Helikopter qalıqlarının yerini müəyyən etmək üçün göndərilən pilotsuz uçan aparat tərəfindən qeydə alınan görüntülərdə bir nəfərin qəzanın baş verdiyi ərazidən sürətlə uzaqlaşdığı görülüb. 

Təqdim olunan videodakı fəaliyyət sui-qəsd iddialarına səbəb olsa da, Fransanın I24 televiziyasının canlı yayımında verdiyi bir detal böyük səs-küyə səbəb olub. 

Reisinin və heyətin həlak olduğu helikopterin pilotu Eli Kopterin Mossad agenti olduğunu iddia edən Fransa kanalı hadisənin arxasında İsrailin olduğunu eyham edib.


Oxunma sayı: 2124

Oxşar yazılar