Həlak olanların dəfn mərasiminin vaxtı açıqlandı - YENİLƏNİB - VİDEO

  • 12:10 - 20 May

İran prezidenti İbrahim Rəisi, ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Avropa.info xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

*** 10:02

Avropa.info xəbər verir ki, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cənazələri Təbrizə göndərilib, axtarış əməliyyatı başa çatıb.

---------
08:50

İran dövlət televiziyası da İbrahim Rəisinin öldüyünü açıqlayıb.

--------
08:01

Helikopter qəzasında həlak olanların adları açıqlanıb

1-Ayətullah Seyid İbrahim Rəisi

2- Ayətullah Seyid Məhəmməd Əli Əl-Haşim

3- Dr. Hossein Amirabdollahian

4- Doktor Malik Rəhməti

5- Sərdar Seyid Mehdi Musəvi

6- Ənsar əl-Mehdi Korpusu (şəxsiyyəti məlum deyil)

7- Pilot (naməlum şəxsiyyət)

8- Pilotun köməyi, şəxsiyyəti naməlum)

9-Kruçev (naməlum şəxsiyyət)

***

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.

Avropa.info xəbər verir ki, bu barədə İranın Mehr Agentliyi xəbər verib.

Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.

İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.

Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.

Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.

Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.


Oxunma sayı: 2256

Oxşar yazılar