"Çörək pulları" kəsilən kəndlər - SİYAHI

  • 20:33 - 17 May

Xəbər verdiyimiz kimi, Füzuli və Ağdam rayonunlarının bir sıra kəndlərində yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.

Avropa.info-nun məlumatına görə, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara el arasında “çörək pulu” deyilən 60 manatlıq sosial müavinət verilməyəcək.

Müavinətlərin dayandırılması Füzuli rayonunun 1 şəhər və 21 kəndində, Ağdam rayonun 7, Cəbrayılın 1 kəndində yaşayan sakinlərə tətbiq edilib.

Szöügedən kəndlər aşağıdakılardır:

Füzuli rayonunda:

Horadiz şəhəri, Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndləri.

Ağdam rayonunda:

Əfətli, Qaradağlı, Zəngişallı, Çəmənli, Əhmədağalı, Xındırıstan, Üçoğlan kəndləri.

Cəbrayıl rayonunda:

2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndi


Oxunma sayı: 2916

Oxşar yazılar