Azərbaycan Quzey Kıbrısı tanıya bilər - Parlament sədri DANIŞDI

  • 19:46 - 16 May

Son dövrlər Azərbaycanla Quzey Kıbrıs arasında əlaqələrdə mühüm inkişaflar yaşanıb. Milli Məclisdə Quzey Kıbrısla parlamentlərarası işçi qrupu yaradılıb. Qrupun sədri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Bu həftə isə deputatlar Quzey Kıbrısa səfər edib, orada respublikanın prezidenti Ersin Tatar və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

Avropa.info xəbər verir ki, yaxın günlərdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin  parlamentinin sədri Zorlu Töre Azərbaycana səfəri də gözlənilir.

O, nümayəndə heyətinin səfəri ilə bağlı modern.az-a bildirib ki, görüşlərdə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi mövzusu müzakirə olunub:

“Azərbaycan və Türkiyə deputatlarının Quzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri çox səmərəli keçdi. Bundan sonra yenidən Azərbaycan - Quzey Kıbrıs -Türkiyə parlament nümayəndələrinin növbəti görüşü planlaşdırılır. Görüş böyük ehtimalla Bakıda baş tutacaq. Digər tərəfdən, Azərbaycan parlament nümayəndələrinin bura səfəri zamanı iqtisadi, siyasi, mədəni və digər mövzular müzakirə olundu. Qarşılıqlı əlaqələrin daha da güclənməsi, azadlığımıza dəstəyin verilməsi bizim üçün çox vacibdir. Türkiyədən sonra Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Quzey Kıbrısın tanınması yönündə çalışmaların olduğunu da demək lazımdır. Bu mövzular parlament nümayəndələri arasında geniş müzakirə olundu, deyə bilərəm ki, növbəti addım kimi bunu görə bilərik”.


Oxunma sayı: 3004

Oxşar yazılar