![](/ckfinder/userfiles/images/kriminal/sosial/bo%C5%9Fanma%201715850887_1713170411_aaaaa%5B1%5D.jpg)
Evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi statistika
- 18:34 - 16 May
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Avropa.info-ya verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.
Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), MilMuğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.