Bu Avropa ölkəsi ÇALXALANIR - Prezident təhdid edildi: saxlanılan var - FOTO

  • 17:41 - 16 May

Serbiyada prezident Aleksandr Vuçiçi təhdid edən şəxs saxlanılıb.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Tanjug” agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb .

“Respublika prezidentinin təhlükəsizliyinə təhdid səbəbindən Draqan Miyatoviç saxlanılıb və 48 saat müddətinə həbs edilib”, - məlumatda deyilir.

Qeyd edilib ki, Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsddən sonra Vuçiçə sosial şəbəkələrdə təhdidlər gəlib.

Məlumata görə, oxşar təhdidlər əvvəllər də olub.


Oxunma sayı: 3180

Oxşar yazılar