Ermənistan-Gürcüstan yolu Azərbaycanın nəzarətinə keçir - Paşinyanın ofisi

  • 09:45 - 16 May

Delimitasiya ilə bağlı Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsi problemi yaranır.

Avropa.info bildirir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, məsələ 2-3 aya həll oluna bilər. N-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa alternativ olan yol da təmir ediləcək.

“Mülkiyyət məsələlərinə gəlincə, onların həcmi böyük olmayacaq və dövlət bütün bu hallarda vətəndaşların dəymiş ziyanını onların tələbi ilə əmlak və ya maliyyə vasitəsilə ödəyəcək”, - Paşinyanın ofisi bildirib.

Bildirilir ki, hökumət nümayəndələri səhər saatlarında mümkün problemlərin inventarına və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.//publika.az 


Oxunma sayı: 3092

Oxşar yazılar