Bu, Azərbaycanın tələbi deyil - Zaxarova

  • 19:43 - 15 May

Moskvanın İrəvana öz sərhədçilərini Ermənistan ərazisindən tamamilə çıxarmağı təklif etməsi ilə bağlı fərziyyələr reallığa uyğun gəlmir.

Avropa.info axar.az-a istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Mayın 8-də Rusiya və Ermənistan başçıları arasında keçirilən görüşlə bağlı çoxlu sayda spekulyasiyalar görürəm. Rusiyanın guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr reallığa uyğun gəlmir. Bəzi mənbələr iddia edir ki, sərhədçilərin geri çəkilməsi Bakı ilə İrəvan arasında üçüncü dövlət nümayəndələrinin birgə sərhəddə yerləşdirilməməsinə dair razılaşma çərçivəsində həyata keçirilir. Bütün bunlar spekulyasiyadır. Reallıq ondan ibarətdir ki, Rusiya və Ermənistan liderlərinin danışıqları zamanı İrəvanın xahişi ilə Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd olan bir sıra bölgələrindən əvvəllər qarşıya qoyulmuş bir neçə vəzifələrin icrası ilə bağlı çıxarılması müzakirə olunub", - o bildirib.

Qeyd edək ki, erməni müxalifəti rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılmasının Bakının tələbi olduğu haqda iddia yaymışdı. Halbuki rus sərhədçilərin Ermənistan-Azərbaycan sərhədinə yerləşməsi 2020-ci il 10 noyabr sazişindən sonraya təsadüf edir və bu, ölkələrarası müqavilə deyil, şifahi razılaşma - daha doğrusu, Nikol Paşinyanın xahişi ilə olmuşdu.

Hazırda Rusiya sərhədçiləri müqavilə ilə öhdəliyi olmayan ərazidən geri çəkilir.


Oxunma sayı: 3686

Oxşar yazılar