Şəkər tozu bahalaşacaq? - Rusiya qadağa qoydu - VİDEO

  • 15:46 - 15 May

Rusiya şəkər ixracını müvəqqəti dayandırıb. Məhdudiyyət bu ilin avqustunadək qüvvədə olacaq.

"Rusiyanın bu addımı Azərbaycan bazarına necə təsir edəcək?. Ölkədə şəkərin qiyməti qalxa bilərmi?"

Avropa.info Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər deyir ki, Azərbaycanda şəkər istehsal edilsə də, xammalın əhəmiyyətli hissəsi xaricdən gətirilir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu məhdudiyyət dünya bazarlarında şəkərin qiymətinə təsirsiz ötüşməyəcək və artım üçün təzyiq yaranacaq.

Rəşad Həsənov vurğulayır ki, bazarda qıtlığın yaranması ilə bağlı ajiotaj formalaşmazsa, böyük qiymət artımları olmaz. Amma əksi baş versə, kifayət qədər sərt qiymət artımları müşahidə edilə bilər.

İqtisadçı qeyd edir ki, gələcəkdə ölkədə şəkər istehsalının maya dəyəri də arta bilər.

Daha ətraflı videomaterialda:


Oxunma sayı: 5314

Oxşar yazılar