Magistraturaya ixtisas seçimi cədvəli AÇIQLANDI

  • 13:37 - 15 May

Dövlət İmtan Mərkəzi (DİM) «Magistr» jurnalının 3-cü nömrəsini təqdim edib.

Avropa.info xəbər verir ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tanış olmaq mümkündür.

Jurnalda həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2024/2025-ci tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.

«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.


Oxunma sayı: 1772

Oxşar yazılar