Ərdoğan ən sevilən lider oldu: Bayden və Putini geridə qoydu - SORĞU

  • 21:38 - 14 May

“Dünya 5-dən böyükdür” cəsur sözləri ilə beynəlxalq ictimaiyyətin sevgisini qazanan Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan Qərbi Balkan ölkələrində aparılan sorğuda ən çox bəyənilən lider olub. 

Avropa.info xəbər verir ki, “Qərbi Balkanlar Regional Araşdırma” Beynəlxalq Respublika İnstitutu tərəfindən keçirilən sorğu Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və Kosovoda təşkil olunub. 

Sorğuda sözügedən ölkə vətəndaşlarına “Bu gün ölkənizin üzləşdiyi ən mühüm problem nədir?”, “Hökumətin həll etməli olduğu ən mühüm prioritet hansı problem olmalıdır?” sualları verilib. və “Aşağıdakı dünya və regional liderlərdən hansına müsbət münasibət bəsləyirsiniz?” kimi suallar verilib. 

Sorğuda iştirak edən vətəndaşların əksəriyyəti ölkələrinin üzləşdiyi ən mühüm problemin və hökumətin həll etməli olduğu ən vacib prioritetin “iqtisadi şərait və yaşayış minimumu” olduğunu bildirib. 

Albaniyada sorğuya qatılan vətəndaşların 71 faizi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirdə olduqlarını qeyd edərkən, ABŞ prezidenti Co Bayden 64 faizlə ikinci, Çin prezidenti Xi Jinping isə 14 faizlə üçüncü olub. 

Bosniya və Herseqovinada eyni sualı cavablandıranların 61 faizi Ərdoğan haqqında müsbət düşünərkən, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Bayden və Çin prezidenti Xi yüzdə 37-də qalıb. 

Monteneqroda Ərdoğan 56 faizlə birinci, Putin 50 faizlə ikinci, Si Cinpin isə 46 faizlə üçüncü olub. 

Şimali Makedoniyada yenə də Ərdoğan 66 faizlə ən çox bəyənilən lider olaraq birinci, 49 faizlə Putin ikinci, 37 faizlə Bayden və 35 faizlə Si Cinpin üçüncü yerdədir. 

Serbiyada ən çox bəyənilən liderin 80 faizlə Putin olduğu görülərkən, Si Cinpin 73 faizlə ikinci, Ərdoğan isə 41 faizlə üçüncü olub. 

Kosovoda ən çox bəyənilən liderlər siyahısında Bayden 85 faizlə birinci, Ərdoğan isə 82 faizlə ikinci olub. 

Bildirilib ki, sorğuda Albaniyadan 1216, Bosniya və Herseqovinadan 1225, Şimali Makedoniyadan 1220, Monteneqrodan 1036, Serbiyadan 1238, Kosovodan 1203 nəfər iştirak edib.


Oxunma sayı: 3873

Oxşar yazılar