Ersin Tatar: "Bu gün tarixi bir gündür. Bu ölkədə savaşarkən bir millət, üç dövlət arzusu ilə yaşadıq"

  • 17:12 - 14 May

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar KKTC-Azərbaycan, Türkiyə-Azərbaycan və KKTC-Türkiyə parlamentlərarası dostluq qruplarının sədrini və bəzi üzvlərini qəbul edib. 

Avropa.info xəbər verir ki, Ersin Tatar KKTC-də üç parlament dostluq qrupunun bir araya gəlməsini tarixi gün kimi qiymətləndirib.

“Bu tarixi gündə sizinlə olmaqdan çox məmnunam. Bunu ən səmimi hisslərimlə ifadə etmək istəyirəm. Bu gün tarixi bir gündür, çünki biz bu ölkədə mübarizə apararkən bir millət, üç dövlət arzusu ilə yaşayırdıq”, - deyə o bildirib.

Tatar Kıbrıs türklərinin adada sona çatdığı bir nöqtədə Türkiyənin 1960-cı il müqavilələrindəki qarant hüququndan istifadə edərək müdaxilə etdiyini və bu mərhələdə KKTC-nin Şərqi Aralıq dənizində müstəqil dövlət olaraq varlığını davam etdirdiyini qeyd edib:  

"Birlikdə ola bilməyimiz və bu görüntüləri bütün dünya ilə paylaşa bilməmiz Kıbrıs türklərinin tək olmadığını göstərir".

 

Avropa.info


Oxunma sayı: 3070

Oxşar yazılar