Ermənistanda aksiya yenidən alovlandı: Saxlanılanlar var - YENİLƏNİB - VİDEO

  • 13:57 - 14 May

İrəvandakı aksiyadan yeni görüntülər yayılıb.

Qeyd edək ki, aksiyalarda 151 nəfər saxlanılıb.

***10:44

Avropa.info xəbər verir ki, Ermənistan polisi bu gün səhər saatlarından etibarən İrəvan küçələrində keçirilən etiraz aksiyasının 38 iştirakçısını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

***09:56

Bu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə erməni bloqer Mika Badalyan öz "Telegram" kanalında məlumat paylaşıb.

O qeyd edib ki, aksiya "Vətən üçün Tavuş" hərəkatına dəstək məqsədilə həyata keçirilir.

Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb.

Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır.


Oxunma sayı: 2289

Oxşar yazılar