Dövlət Departamentindən ANONS: ABŞ rəsmisi Rusiya ordusunun Xarkov istiqamətində uğurlar əldə edə biləcəyini AÇIQLADAI

  • 12:05 - 14 May

Rusiya hərbçiləri Xarkov vilayətində irəliləməyə çalışacaq, lakin ABŞ tərəfi bu sahədə ciddi irəliləyişlər gözləmir. 

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib. 

Onun sözlərinə görə, ABŞ Rusiyanın yaxın həftələrdə Xarkov vilayətində irəliləməyə çalışacağını və müəyyən uğurlar əldə edə biləcəyini gözləyir. 

“Lakin biz heç bir böyük irəliləyiş gözləmirik və zaman keçdikcə əlavə Amerika yardımı axını və tərəfdaşların davamlı dəstəyi Ukraynaya bu təcavüzə müqavimət göstərməyə davam etməyə imkan verəcək”, - Patel bildirib. 

Onun sözlərinə görə, ABŞ əmindir ki, Ukrayna bu döyüşdə əsas üstünlüyü saxlayır və onun hərbçiləri Rusiya ordusuna əhəmiyyətli itkilər verir. 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın Xarkov vilayətində cəbhə xəttini saxlamağa qadir olduğuna əminliyini ifadə edib. 

Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiyanın Xarkov bölgəsinə hücumunun “son dərəcə təhlükəli an” olduğunu hesab edir.


Oxunma sayı: 2608

Oxşar yazılar