İraqın şimalında terror aktı: Bir neçə hərbçi ÖLDÜRÜLDÜ

  • 11:27 - 14 May

İraqın şimalındakı Səlahəddin şəhərində törədilən terror aktı nəticəsində bir polkovnik də daxil olmaqla bir neçə hərbçi həlak olub. 

Avropa.info xəbər verir ki, İraq Müdafiə Nazirliyinin mətbuat xidməti terror aktının Səlahəddindəki hərbi posta yönəldiyini bildirib. 

Terror aktının qurbanları polkovnik Xalid Naci Visak və bir neçə hərbçi olub. 

Ölənlərin sayı barədə məlumat verilmir. 

Yerli televiziya kanalı ilə söhbətdə təhlükəsizlik mənbələri “İŞİD terror təşkilatının hücumu nəticəsində polkovnik Visak da daxil olmaqla 5 əsgərin öldürüldüyünü və yaralandığını” bildirib.


Oxunma sayı: 2399

Oxşar yazılar