Bu ay Şuşaya köçürüləcək sakinlərin sayı AÇIQLANDI

  • 10:05 - 14 May

Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.

Avropa.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.

“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurduna xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.

Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.


Oxunma sayı: 2300

Oxşar yazılar