İsrail nə etməyə çalışır? - Türkiyə başda olmaqla bir çox ölkə ilə bağlı DİQQƏTÇƏKƏN QƏRAR

  • 21:40 - 13 May

Fələstində minlərlə günahsızın ölümünə səbəb olan İsrail, Türkiyə başda olmaqla bir çox ölkə ilə bağlı diqqətçəkən bir qərar verib. 

Avropa.info xəbər verir ki, oktyabrın 7-də qarşıdurma başlayandan bir müddət sonra İsrail diplomatları Türkiyəyə qayıtmağa başlayıblar. 

"Middle East Eye"nin xəbərinə görə, İsrail mayın əvvəlində yenidən diplomatlarını Türkiyəyə göndərməyə başlayıb. 

Bazar ertəsi "Middle East Eye"a verdiyi açıqlamada İsrail mənbələri bildiriblər ki, İsrail altı aydan sonra “təhlükəsizlik narahatlıqları” səbəbilə Türkiyədən diplomatlarını geri göndərməyə başlayıb. 

İsrail mənbəsi "Middle East Eye"a bildirib ki, "İsrail təhlükəsizliklə əlaqədar geri çağırdığı diplomatlarını tədricən geri göndərməyə çalışır". 

Xatırladaq ki, Türkiyə bu yaxınlarda İsraillə ticarəti tamamilə dayandırdığını açıqlamışdı. 

İsrailli mənbə 7 oktyabr hücumundan sonra Türkiyənin İsraildəki diplomatik nümayəndəliyinin səviyyəsinin aşağı salınmadığını vurğulayıb. Yəni iki ölkə hələ də səfirliklər səviyyəsində diplomatik şəkildə təmsil olunur. Bununla belə, səfirlər geri çağırılıb.

Avropa.info


Oxunma sayı: 2608

Oxşar yazılar