Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Quzey Kıbrıs Türk Cümhuriyyətində - FOTO

  • 16:01 - 13 May

Azərbaycan və Türkiyə deputatlarından ibarət nümayəndə heyəti hazırda Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) səfərdədir.

Avropa.info xəbər verir ki, Azərbaycan və Türkiyə nümayəndə heyəti KKTC-nin Prezidenti Ersin Tatarla görüşüb.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan-Quzey Kıbrıs Kipr Dostluq Cəmiyyətinin sədri Cavanşir Feyziyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov daxildir. 

Türkiyə nümayəndə heyətinin tərkibinə isə Türkiyə-KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orxan Ərdəm, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım daxildir.

Qeyd edək ki, nümayəndə heyətlərinin Quzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri dünəndən başlayıb. Səfər mayın 16-da başa çatacaq.

 

Avropa.info


Oxunma sayı: 2113

Oxşar yazılar