İstanbul Hava Limanında əməliyyat: ABŞ-li professor saxlanıldı - FOTO

  • 15:47 - 13 May

Türkiyənin İstanbul Hava Limanında qaçaqmalçılıq üzrə əməliyyat keçirilib.

Avropa.info xəbər verir ki, əməliyyat nəticəsində ABŞ-yə qaçaqmalçılıq yolu ilə aparılması nəzərdə tutulan 1500-ə yaxın tarantula və əqrəb ələ keçirilib.

Endemik canlı növlərini çamadana yerləşdirərək ABŞ-yə keçirməyə cəhd edən ABŞ Milli Təbiət Tarixi Muzeyinin direktoru Lorenzo Prendini saxlanılıb.

Məlum olub ki, Türkiyədə yaşayan endemik zəhərli heyvan növlərinin DNT məlumatları kopiyalanır və sağılaraq zəhəri yığılır, sonra bunlardan dərman hazırlamasında istifadə olunur. Araşdırmalara görə, əqrəb zəhərindən əldə edilən 1 litr dərmanın bazar dəyəri isə 10 milyon dollar təşkil edir.

Sözügedən dərmanlar çox yüksək maliyyə dəyərinə malik olduğu üçün bu heyvan növlərinin xaricə aparılması qadağandır.

Əməliyyat çərçivəsində şübhəli olaraq saxlanılan və nəzarət altına alınan Lorenzo Prendini haqqında açılan cinayət işi ilə əlaqədar istintaq davam edir.

 

 

 

 

 


Oxunma sayı: 3213

Oxşar yazılar