Məktəbli qız müəmmalı şəkildə ÖLDÜ: "Adı bilinməyən iynələr vurdular" - VİDEO

  • 09:56 - 13 May

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.

Avropa.info "Xəzər "TV-yə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı dünyasını dəyişib.

Ü.Quliyev Ata qızı xəstəxanda olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib.


Oxunma sayı: 5633

Oxşar yazılar