Bakı ABŞ-Aİ-Ermənistan sövdələşməsini iflasa uğradacaq - AÇIQLAMA

  • 15:48 - 05 Aprel

"Kollektiv Qərbin  dünyada yeni bir münaqişə ocağı yaratmaq  üçün  düzənlədiyi  tamaşa artıq  başlayıb. Yəni kollektiv Qərb bu niyyətini   Cənubi Qafqaz bölgəsində    və  Ermənistandan alət kimi istifadə etməklə reallaşıdrmaq istəyir".

Bunu Avropa.info-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, artıq kollektiv Qərb Ermənistanı bu prosesə cəlb edib. " Cəlb edib deyəndə ki,  elə Ermənistanın  genetik kodu tarixən  belə formalaşıb. Kiminsə əlində  kiməsə qarşı alət olmaqdır. Qərb Ermənistandan bu yolla bölgədə öz   mövqeyini möhkəmləndirməyə çalışır. ABŞ-Aİ-Ermənistan arasında keçirilən görüş də bu məqsədə xidmət edir", - o qeyd edib.

Məmmədov görüşü geniş mənada Azərbaycan və Türkiyəyə qarşı təhdid hesab edib. "Ölkəmizə qarşı  gecə-gümdüz məkrli planlar hazırlayan   Qərb məgər  bilmir ki, Azərbaycan  Avropanın enerji təhlükəsizliyində ən etibarlı tərəfdaşıdır?  Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində daha ciddi addımlar atır?  Azərbaycan artıq iqlim dəyişikliyi sahəsindədə yaşıl enerjiyə keçiddə də ciddi rol oynamaqdadır.  Dünyaya. xüsusən də Avropaya  bu qədər dəyər verən Azərbaycana  qarşı  belə ədalətsiz yanaşma olarmı? Bu cür yanaşma insanda çox böyük hiddət doğurur.
Görünür tarix yenə də təkrarlanır. 100 il əvvəl olduğu kimi böyük güclər  gerçəkləşməyən planlarını reallaşdırmağa çalışır.  Onların yaşama prinsipi köhnə olsa da,  icraçıları  yenidir. 100 il əvvəl o zamankı  ABŞ prezidenti  Vudro Vilsonun  reallaşdıra bilmədiyi   böyük Ermənistan ideyasını  hələ də dəbdədir.  O vaxt onların qarşısında  tək Türkiyə, daha doğrusu Atatürk dayanmışdı.  Bu gün isə o güclərin qarşısında  güclü Azərbaycan dövləti və can qardaş olan Türkiyə  dayanıb.
Necə o zaman onların planları iflas uğradısa, bu dəfə də onların planları puç olacaq. Türk dünyası bir güc mərkəzi kimi ortaya çıxacaq.  ABŞ-Ai-Ermənistanın Brüssel sövdələşməsi də nəticəsiz olacaq", - o bildirib.

 

Avropa.info


Oxunma sayı: 12354

Oxşar yazılar