Azərbaycan Respublikası qanunvericiliyində “fitçalanların” müdafiəsi

  • 11:08 - 14 Mart

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Müdafiə olunan şəxslərə və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu korrupsiya halları haqqında məlumat verən şəxslərə müdafiə tədbirləri nəzərdə tutub. 

Belə ki Müdafiə olunan şəxslər barəsində tətbiq edilənlər üçün aşağıdakı təhlükəsizlik tədbirləri nəzərdə tutulub: 

1) müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını müdafiəsi etmə; 

2) müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə; 

3) müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə; 

4) müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyini qoruma; 

5) müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə; 

6) müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə; 

7) qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə olunan şəxsin iştirak etdiyi hallarda məhkəmə baxışının qapalı keçirilməsi. 

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. 

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir. 

İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. 

Bu məqalə “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.


Oxunma sayı: 11067

Oxşar yazılar